Zeynəb Dostəliyeva xalq artisti olan bacısından danışdı -VİDEO
18 Aprel 2019 17:38 MədəniyyətXalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva bir müddət öncə aralarında yaranan qalmaqaldan bəhs edib. SİA-nın məlumatına görə, ifaçı bacısı ilə qalmaqal yaşadığı üçün jurnalistləri günahlandırıb: "Bir müddət öncə şaiyə yayıldı ki, guya Nazpəri xanımla duet oxumamağımıza görə dalaşmışıq. Amma bizim bir-birimizdən inciməyimizə səbəb başqa idi. Bu söz-söhbətin yaranmasında da media nümayəndələrinin rolu böyük oldu. Hətta birgə duet ifa etməməyimə görə bizi qınayanlar da oldu. Mən bildiyim qədər ilə dueti kişi ilə qadın oxuyar. Onu da deyim ki, bütün bu tənqidlərə baxmayaraq Nazpəri Dostəliyeva ilə birgə duet ifa etmək istəmirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31