Qənirə Paşayeva "Həyata Küsmə" albomunun satışından əldə olunacaq vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı VIDEO
4 Mart 2013 14:41 Mədəniyyət8 Mart Benynəlxalq Qadınlar Günü ilə bağlı millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu ışıq üzü görüb. Onlardan biri sözləri Qənirə Paşayevaya, musiqiləri Azərbaycanın Əməkdar artisti Elza Seyidcahana məxsus olan "HƏYATA KÜSMƏ" albomudur. Alboma 11 mahnı daxildir. Ayrıca bu mahnılardan 6-na çəkilmiş və müxtəlif zamanlarda nümayiş etdirilmiş kliplər ayrıca disk şəklində albomda öz əksini tapır. Mahnıları Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahanla yanaşı tanınmış gənc sənətçilər Ramal İsrafilov, Vüsal Hacıyev də ifa ediblər. Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nın dəstəyi və təşkilatçılığı ilə işıq üzü görən albomun martın 6-da saat 14.30-da Muğam Klubda (Qız Qalasının yanında) təqdimat mərasimi keçiriləcək. Martın 6-də saat 18.00 da isə Park Bulvarda imzalanma mərasimi olacaq . Millət vəkili Qənirə Paşayeva bu albomun satışından əldə olunan bütün gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb. Arzu edənlər təqdimat mərasimində və imzalanma mərasimində iştirak edə bilərlər. Ümid edirik ki, "Həyata Küsmə" adlı yeni albom xoşunuza gələcəkdir.