Ramal Türkiyə şou-biznesinə qatılacaq

Bəstəkar-müğənni Ramal İsrafilov Türkiyə şou biznesinə qatılmağa hazırlaşır

Bu haqda məlumatı ifaçının mətbuat katibi Ülviyyə xanım "OLAYLAR" a verdiyi açıqlamada deyib. Ramalın iki yeni albom üzərində işlədiyini deyən xanım bu haqda belə danışıb: "Albomlardan birinə daxil olan mahnılar yalnız türk dilində olacaq və Türkiyədə işıq üzü görəcək. Albomun tam hazırolma tarixi hələ ki, bəlli olmasa da, bura daxil olan mahnıların bəziləri müəyyənləşib. Azərbaycanda işıq üzü görəcək digər albom isə martda təqdim ediləcək".  Ramalın bir sıra yeni duetlər üzərində işlədiyini deyən Ülviyyə xanım onun qardaşı Valehlə birgə mahnı ifa edəcəyini söyləyib: "Musiqisi Valehə, sözləri Qala qrupunun ifaçısı olan Ceyhuna aid duet "Günahsızam" adlanır". Yenicə işıq üzü görəcək bir ifaya klip çəkdirəcək müğənni konsert haqda da düşünür. Yaz aylarının sonlarına təsadüf ediləcək konsertin tarixi isə hələ ki, müəyyənləşməyib: "Müğənni yazın sonlarında konsert verməyi düşünür. Ramal bir sıra yeni layihələr haqda da düşünür. Layihə daha öncə gerçəkləşərsə, konsert payıza təxirə salınacaq. Layihələr haqda ətraflı məlumat verməyəcəm. Tamaşaçılarımız Ramalı şoumen qismində də görə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31