Ufuk Cizgisi proqramının çəkiliş qrupu Azərbaycana gəlir
4 Mart 2013 12:32 MədəniyyətTRT Haber kanalının ən çox seyredilən proqramlarından olan Ufuk Cizgisi proqramının çəkiliş qrupu Azərbaycana gəlir. TRT Bakı Təmsilçisi Yüksəl Dəgərcanın verdiyi məlumata görə TRT- nin ən təcrübəli proqram rejissorlarından biri olan Halik Koc və çəkilis qrupu 14-21 Mart tarixləri arasında Bakıya gələcəklər. Keçən həftə TRT Habər kanalında Xocalı qətliamını və Qafqaslardakı gərginliyi ekranlara gətirən Haluk Koc Azərbaycan haqqında proqramlar hazırlayacaq. Ermənilər tərəfindən qəddarlıqla öldürülən Azərbaycan Türklərinin Qubadakı kütləvi məzarlığında , cəbhə xəttində eləcədə 31 Mart soyqırımı haqqında proqramlar hazırlamaq planlaşdırılır. Proqramlarda Azərbaycan iqtisadiyyatının inkişafı, Xəzər neft ve qaz sektorundakı Türkiyə Azərbaycan isbirliyi, elecədə Qarabag problemi və qondarma erməni iddialarida işiqlandırılacaqdır. Halik Kocun rəhbərliyi altında ərsəyə gələn proqram 20 Mart da Bakıdan canlı yayımlanacaq. Proqrama Azərbaycandan qonaqlar dəvət ediləcək. TRT Haber kanalın da Azərbaycandan silsilə proqramlar ekranlara gələcək.