Əyyub Quliyev Türkiyənin prezident orkestri ilə konsert verib

Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Dövlət Opera və Balet teatrının dirijoru Əyyub Quliyev Türkiyənin ilk və ən qədim orkestri olan- Prezident Simfonik Orkestri ilə konsertlərlə çıxış edib. Ə.Quliyev "OLAYLAR"a bildirib ki,  konsertlər iki gün ərzində  Ankaranın ən böyük konsert salonlarından olan  "CSO Konsert Hall"da gerçəkləşib.  Əyyub Quliyevin Türkiyədə konsertlərinin təşkilatçısı tanınmış produser Sabah Durudur. Konsertin proqramına Azərbaycan və qərb klassikasının ən məşhur simfonik və instrumental əsərləri daxil idi.

Konsertin ikinci bölməsində Orcun Civelek Joakkino Rossininin klarnet və orkestr üçün "İntroduksiya, mövzu və variasiyalarını " ilk dəfə olaraq Türkiyədə səsləndirdi. Əsərin ugurlu təqdimatının təsiri nəticəsində dirijor və solist əsərin son variasiyalarını yenidən  ifa etməli olublar. Konsertdə səfir Faiq Bağırov başda olmaqla Azərbaycanın Ankaradakı səfirliyin əməkdaşlar, Türkiyənin sənət adamları da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31