İlhamə və Nazpərinin davasına səbəb olan VIDEO

Son günlər ölkə gündəmini xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın münaqişəsi zəbt edib. "Qafqazinfo"nun məlumatına görə, xalq artistlərinin davası hətta o yerə çatdı ki, hər iki tərəf ictimaiyyətə və yuxari dairələrə açıq məktub ünvanladılar. Hətta N. Dostəliyeva prezidentə belə həmkarının təhdidləri barədə məktub yazdı.
Qeyd edək ki, İ. Quliyeva ilə N. Dostəliyevanın ədavəti bir neçə il əvvələ söykənir. Lakin onların arasındakı "səssiz müharibə"nin alovlanmasına iki ay öncə ATV-nin "Onlar" verilişində Nazpəri xanımın İlhamə xanıma mətnaltı ismarıc göndərməsi səbəb olub. Adıçəkilən verilişdə N. Dostəliyeva İ. Quliyevanın adını çəkməsə də, danışdıqlarından və parodiyalarından söhbətin kimdən getdiyi aydın görünür.

"Qafqazinfo" xanım sənətçilərimiz arasındakı münaqişənin qızışmasına səbəb olan həmin videonu təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31