Məleykə Əsədova bütün sirlərini açacaq

Xalq artisti Məleykə Əsədova hər zaman fərqlənməyi bacarır. Bu dəfə isə aktrisa memuar yazmağı qərara alıb. Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə aktrisa "ATV-maqazin" proqramına bildirib. "Mən səhnə üçün doğulmuşam. Heç kim 23 il müddətində məşhurluğunu saxlamağa müvəffəq olmur. Mən hər gün müxtəlif adamların talelərini oynaya bilirəm. Bu mənim üçün heç bir çətinlik yaratmır. Bu səbəbdən özüm haqqımda kitab yazmaq istəyirəm", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31