İlqar Muradov qeyri-adi albom hazırlayır

Əməkdar artist İlqar Muradov qeyri-adi albom üzərində işini başa çatdırır. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu alboma yalnız bəstəkar Sevda Məmmədlinin mahnıları daxil edilib. Mahnıların sözləri isə Zəlimxan Yaquba məxsusdur.
"Bu albomda cəmi 8 mahnı var, lakin inanın mənə, oradakı mahnıların hamısı bir-birindən gözəldir. Mahnıların hamısını bir adam aranjman edib. Bu, çox yaxşı aranjmançı Əvəz Muradovdur", - müğənni bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31