UNESCO-nun xoşməramlı səfiri Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etdi

Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçusu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib. Konsertdə pianoçu L.V.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.V.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”, P.İ.Çaykovskinin “Düşüncə”, S.S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını ifa edib.

Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçusu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.

Konsertdə pianoçu L.V.Bethovenin fortepiano üçün "17 nömrəli Sonata"sını, S.V.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin "4 nömrəli Ballada", P.İ.Çaykovskinin "Düşüncə", S.S.Prokofyevin fortepiano üçün "7 nömrəli sonata"sını ifa edib.

O, haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri hesab olunur. Onun səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və s. digər ölkələrin məşhur simfonik orkestrləri və dirijorları olub. P.İ.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu "Gramophone" jurnalı tərəfindən 2014-cü ilin aprelində "Ayın albomu" adına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31