Rəmiş Azərbaycanda səhnəyə layiq olan iki müğənninin adını çəkdi

"Sənəti olmayan müğənnilərin adlarını da çəkmək istəmirəm"

Azərbaycanın əməkdar artisti, gitara ustası Rəmiş efirlərdə tez-tez görsənməməsinin səbəbini açıqlayıb. SİA-ya açıqlama verən sənətçi bəyəndiyi ifaçıların adlarını da söyləyib: "Efirlərdən kənar gəzirəm. Buna səbəb isə layiqli insanlarla eyni səhnəni bölüşməməyimdir. Mən sənətkaram. Odur ki, özüm kimi insanlarla ünsiyyət qurmalıyam. Sənəti olmayan müğənnilərin adlarını da çəkmək istəmirəm.
Onu da deyim ki, hazırda Azərbaycanda bəyəndiyim bir çox sənətçilər dünyasını dəyişib. Tək onlardan xalq artisti Flora Kərimova qalıb. Cavanlardan isə Röya Ayxandır. O, xanım gözəl səsi və dostluğu var. Əgər o, yaxşı ifaçı olmasaydı onu Türkiyədə, Amerikada, Rusiyada bəyənməzdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31