Müslüm Gürsəs ölməyib
1 Mart 2013 14:43 MədəniyyətTürkiyənin məşhur müğənnisi Müslüm Gürsəs ölməyib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Memorial Xəstəxanadan bildiriblər ki, M.Gürsəsin vəziyyəti ağır olsa da, o vəfat etməyib. "Hazırda vəziyyəti kritikdir, hər an itirə bilərik, həyatını süni nəfəs aparatına bağlı olaraq davam etdirir".
Qeyd edək ki, mətbuatda müğənninin 3 aydır müalicə aldığı xəstəxanada vəfat etməsi ilə bağlı məlumatlar gedib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31