“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçiriləcək
1 Mart 2013 13:53 MədəniyyətHeydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı keçiriləcəkdir. Martın 9-dan 19-a qədər davam edəcək Festivalda, beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və dünyanın tanınmış musiqiçilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulmuşdur. "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində, Heydər Əliyev Sarayında flamenqo rəqsinin mahir ifaçısı, aktyor, xareoqraf, dünya şöhrətli ispan rəqqas Joaquin Cortesin iştirakı ilə konsert proqramı keçiriləcəkdir. Martın 18 -də keçiriləcək konsertdə Cortes özünün yeni "DİSEN DE Mİ" adlı möhtəşəm rəqs proqramını təqdim edəcəkdir. Səhnədə 20-dən çox musiqiçinin müşaiyət edəcəyi konsert proqramı saat 20:00-da başlayacaqdır. Konsertin biletləri yaxın günlərdə satışa çıxarılacaqdır.