Elxan Abbasov: “Bir var aktyorluq edəsən, bir də var ərtislik”

"Gəncə Dövlət Dram Tetrında yeni tamaşalar üçün məşqlərimiz davam edir. Bundan başqa "Qarabağnamə" filminə çəkilirəm. Təxminən on hissədə nəzərdə tutulan filmin Şəkidə də çəkilişləri olacaq. Çəkilişlər hələ ki, davam edir. Yəqin ki, ilin sonuna kimi başa çatar" Bu sözləri "OLAYLAR"a açıqlamasında aktyor Elxan Abbasov deyib. "Qarabağnamə" filmində Şah Qacarı öldürən Abbas bəyin rolunu canlandıracağını deyən aktyor yeni serial çəkilişləri haqda da danışıb: "Sentyabrda çəkilişləri gözlənilən serialın rejissoru Rövşən İsaqdır. Ekran əsərinin ssenari müəllifləri isə Rövşən İsaq və Arzu Soltandır".  Bayağı tamaşalara da münasibətini bildirən Elxan Abbasov bu haqda belə danışıb: "Bir var aktyorluq edəsən, bir da var ki ərtislik. Buna ərtislik deyilir. Bu gün ərtislik edənlərimiz də çoxdur. Bu sözlərim qeyri-pəşəkar aktyorlara aiddir. Tamaşaçının zövqünü korlamaq lazım deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31