Kenan İmirzalıoğlundan yeni film

Gənc qızların böyük pərəstişkarlıqla izlədiyi aktyor Kenan İmirzalıoğludan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktyor yeni filmdə rol almağa hazırlaşır. Hal-hazırda " Karadayı" adlı teleserialda Mahir Qara xarakteri ilə ekranlarda olan Kənan İmirzalıoğlu yeni kino filmində şagird liderlərdən olan Deniz Gezmişi canlandıracaq.

Nəzərinizə çatdıraq ki, 1972-ci ildə asılaraq edam edilən və dünən 66 yaşı tamam olan Gezmişin həyatına əsaslanan filmin ssenarisini jurnalist Can Dündar olub. İmirzalıoğlu mövzuyla əlaqədar olaraq görüş keçirdiklərini, lakin qəti cavabın bilinmədiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31