“Dolu” Türkiyədə göstərildi

Xocalı soyqrımının 21-ci il dönümü ilə əlaqədar Türkiyədə Xocalı həftəsi keçirilib. Tədbirlər Türkiyənin müxtəlif vilayətlərində, Ankara, Konya, Kayseri, Dənizlidə baş tutub. Türkiyədə keçirilən Xocalı həftəsi barəsində danışan millət vəkili, yazıçı-publisist Aqil Abbas bildirib ki, faciənin baş vermə səbəbləri, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi genosit siyasəti barəsində çıxışlar olub. Tədbirlərdə Azərbaycanın Türkiyədəki səfriliyi, Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri, TRT radiosunun Bakı nümayəndəliyinin rəhbəri Seyfəddin Altaylı, millət vəkili Musa Qasımlı iştirak edib. Mərasimdə  "Dolu" filminin təqdimatı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31