Fatih Ürək: “Oğlan kimi də çox yaraşıqlıdır”

Məşhur türk müğənnisi Fatih Ürek aktrisa Nil Erkoçların əməliyyat nəticəsində cinsiyyətini dəyişməyinə münasibətini bildirib. "OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni jurnalistlərin bu mövzudakı suallarına belə münasibət bildirib: "Bu ölkəmizdə edilən ilk belə əmliyyat deyil. Nildən öncə də bir çox məşhurlar əməliyyat yolu ilə cinsiyyət orqanlarını dəyişdiriblər. O, qız ikən də çox gözəl idi. Oğlan kimi də çox yaraşıqlıdır". Özünün nə vaxtsa bu cür addım atacağını düşünmədiyini deyən Fatih adını dəyişərək Rüzgar olan aktyorun addımına hörmətlə yanaşdığını qeyd edib: "Bu onun şəxsi qərarıdır. Heç kəs kiminsə qərarına müdaxilə edə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31