Mahsun Kırmızıgül və Beren Saat “müharibə”si sona çatdı

"Aşka Sürgün" serialı ilə tanınan məşhur aktrisa Beren Saatın dörd ildən artıq müddətdə müğənni Mahsun Kırmızıgüllə yaşadığı münaqişə sona çatıb. "OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Beren Saat "Aşka Sürgün" serialının çəkilişlərindən sonra Mahsun Kırmızıgüldən müğənninin işbirliyi qurduğu  "Gecənin qanadları" filmində çəkilmək təklifi almışdır. Filmin fraqmentində tərəf müqabili ilə sevişmə səhnəsində aynadan sinəsinin göründüyünə etiraz edən aktrisanın təqdimata qatılmaması Kırmızıgülü daha sərt addım atmağa vadar etmişdir. Mahsun Kırmızıgül Beren Saatdan 30 min  türk lirəsi dəyərində təzminat ödəməyi tələb etmişdi. Lakin aktrisanın sevgilisi, müğənni  Kənan Doğulunun işə qarışması ilə Mahsun Kırmızıgül bu iddiadan əl çəkib. Qeyd edək ki, 2009-cu ilin 11 dekabr tarixindən efirdə yayımlanan "Gecənin qanadları" 14 həftə ərzində 341 min 382 dəfə izlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31