Natavan Həbibi Əli Mirəliyevi sərsəm adlandırdı
28 Fevral 2013 19:22 MədəniyyətNatvan Həbibi ünvanına söylənilən təhqiramiz fikirlərə özünəməxsus münasibət bildirdi. "Azadinform" milli.az-a istinadən xəbər verir ki, Natavan Əli Mirəliyevi xəstə və yaşlı insan hesab edir. Onun sözlərinə görə əqli zəifliyi olan Əli Mirəliyevin müalicəyə ehtiyacı var: "Yaşlı və xəstə insanın sərsəmləməsi barədə nə deyim? Allah-Təala ona şəfa versin, özü də ən tezindən. Mən valideynlərimdən aldığım tərbiyəyə sığınıb ona haqq etdiyi söyüşlərlə cavab verməyəcəm. Oxucularınız da təsdiqləyərlər ki, Əli Mirəliyev ciddi psixoloji sarsıntı keçirir. Özü də bu xronikiləşib. Ona görə də Azərbaycanın peşəkar psixiatrlarına səslənib onlardan Mirəliyevə köməklik göstərmələrini xahiş edirəm. Əqli zəifliyi onu günü-gündən rüsvay edir. Söz verirəm, Əli Mirəliyev ruhi xəstəxanada yerləşdirilən kimi qismən sağalması üçün vacib sayılan dərman və iynələrin pulunu mən ödəyəcəyəm. Rəbbim onun simasında bütün xəstələrə şəfa versin, Amin!"