Beren Saatın sevincinə səbəb nədir?

Bir çox Azərbaycan tamaşaçısının maraqla izlədiyi " İntikam" teleserialının Yağmuru Beren Saatdan xəbər var. SİA-nın məlumatına görə, teleserialda Yağmur Özden xarakterini canlandıran aktrisanın bir neçə gün bundan əvvəl 29 yaşı tamam olub.
Kanlıcada serialın çəkimləri zamanı həmkarları Beren Saata sürpriz hazırlayıblar. Çəkimlər zamanı işıqların sönməsi və ad günü tortunun Saata təqdim olunması onu olduqca sevindirib. Gözəl aktrisa tortu serialdakı sevgilisi Mert Fırat və rejissor Mesum Erarslanla birlikdə kəsib və gözəl sürpriz üçün hər kəsə tək-tək təşəkkürünü bildirib: " Bu teleserial və işlədiyim insanlar mənim üçün ən böyük hədiyyədir. Hamınıza təşəkkürümü bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31