Abdulla Şaiq anılacaq
27 Fevral 2013 17:01 Mədəniyyət2013-cü il fevralın 28-də I Fəxri Xiyabanda yerləşən Abdulla Şaiqin qəbirüstü abidəsi önündə və martın 1-də saat 14:00-da Sabunçu rayonunda yerləşən 67 saylı məktəbdə ədibin anadan olmasının 132 illiyi münasibətilə tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd görkəmli ədib, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığının təbliği yönündə fəaliyyət göstərən Abdulla Şaiqin Mənzil Muzeyinin işini təqdim etməkdir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31