“Eurovision”un qalibi Eldar Qasımov qırmızı diplom alıb

"Eurovision - 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov Slavyan Universitetindən qırmızı diplomunu alıb. Modern.az-a universitetdən verilən məlumata görə, universiteti əla qiymətlərlə başa vuran müğənni bu gün magistratura şöbəsindən diplomunu götürüb.
Qeyd edək ki, Eldar Qasımov 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla bitirmiş, 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. 2012-ci ildə magistr pilləsini qurtarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31