Fərdi Tayfur dolandırılıb

Türkiyənin məşhur sənətçisi Fərdi Tayfur villalarını satması üçün vəkalət verdiyi şəxs tərəfindən dolandırılıb. "Azadinform" xəbər verir ki, Yalovanın Esenköydəki 5 il əvvəl yarımçıq qalan villaları satın alan Tayfur tikinti işlərini aparmaq üçün bir vasitəçi ilə tanış olaraq ona vəkalət verib. Villaların tikintisi tamamlandıqdan sonra 32-dən 26-sı satılıb. Vasitəçi villaları satsa da F.Tayfura heç bir ödəmə etmədən aradan çıxıb.

Esenköy Bələdiyyə Başçısı Özer Kapitan bildirib ki, Fərdi Tayfur evlərinin yarımçıq qalan hissəsini bitirməsi üçün başqa bir inşaat firması ilə razılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31