Azərbaycanlı müğənni klipini Tarkanın kameraları ilə çəkdirdi VIDEO

Orxan Babazadə bu klipi “Kral pop”a təqdim edəcək

Son vaxtlar səsi maqazin verilişlərindən gələn biznesmen-müğənni Orxan Babazadə nəhayət ki, sözləri və musiqisi Ceyhun Əliyevə məxsus "Sən mənim gözəlimsən" adlı mahnısına klip çəkdirib. ANS PRESS-in məlumatına, rejissor Ceyhunun ekran heyatı verdiyi bu klipdə Orxan tam fərqli bir imicdə görünüb.
Klip boyu 3 kastyum dəyişən Babazadə avadanlığı Türkiyədən sifariş edib. Türkiyədən sifariş olunan bu avadanlığdan ilk dəfə Türkiyənin meqa starı Tarkan kliplərində istifadə edib.
Türkiyəyə böyük ümidlər bəsləyən Orxan yaxın günlərdə ora yola düşməyə hazırlaşır. İstanbulda türk məhşurları ilə görüşü gözlənilən Orxan yeni klipi "Sən mənim gözəlimsən"i Türkiyənin məhşur "Kral pop" musiqi telekanalına da təqdim edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31