Günay Musayeva “ermənilər öndə getməyi sevən xalqdır”ı paylaşıb

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bu gün "YouTube" sosial şəbəkəsində yerləşdirilən "hər şeyi düşmənliklə bağlamaq lazım deyil. Ermənilər mübariz, hər zaman öndə getməyi sevən, dişbaş xalqdır" statusunu paylaşıb. "OLAYLAR"ın məşhurun "Facebook" rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, Günay Musayeva həmin linki paylaşsa da bu haqda heç bir status yerləşdirməyib. Modelin səhifəsinə daxil olan şəxslərdən yalnız ikisi yerləşdirilən bu linki bəyənib. Günay Musayevanın sosial şəbəkə vasitəsi ilə səhifəsində paylaşdığı həmin statusun video linkində isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31