Madonna 34,6 milyon dollar qazanıb
27 Fevral 2013 19:49 MədəniyyətBütün dünyada pop musiqisinin zirvəsi sayılan Madonnadan xəbər var. "Bilboard" jurnalı, 2012-ci ildə ən çox qazanan musiqiçilərin siyahısını açıqlayıb. Tərtib olunan siyahıda 54 yaşındakı Madonna 5 il ərzində ikinci dəfə ən çox qazanan müğənni olub. Məşhur ulduz 88 konsert və müxtəlif ölkələrə etdiyi səfərlər nəticəsində 34,6 milyon dollar gəlir əldə edib.
Qeyd edək ki, siyahıya görə, 2-ci yerdə 33,4 milyon dollarlıq gəliri ilə Bruce Springsteen qərarlaşıb. Əfsanəvi "Pink Floyd" qrupunun qurucularından Roger Water "The Wall Live" səfərindən qazandığı 21 milyon dollarla üçüncü ən çox qazanan musiqiçi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31