“ Muhteşem Yuzyıl”-ın pərdə arxasında eşq yaşanır?

Bütün dünyada böyük maraqla izlənilən "Muhteşem Yuzyıl" teleserialının Hatice Sultanı Selma Ergeçden xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktrisalıqla yanaşı, maniken olan Selma Ergeç keçdiyimiz günlərdə məkanlardan birinin çıxışında mətbuat nümayəndələri tərəfindən görüntülənib. Jurnalistlərin teleserialda həyat yoldaşı İbrahim Paşanı canlandıran Okan Yalabıkla bağlı verdiyi "Okan bəylə eşq yaşayırsınızmı" sualına aktrisa gülümsəyərək belə cavab verib: "O məsələ ilə bağlı danışmaq istəmirəm".

Müxbirlərin "Amma yox da demirsiniz" sözünə cavab olaraq Ergeç: "Heç bir şey demirəm"- söyləyərək uzaqlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31