Elariz Məmmədoğlu həmkarlarını qınadı

" Əcnəbi rejissorlara klip çəkdirən həmkarlarım ücün bu, bir reklamdır". Bunu Lent .az-a açıqlamasında müğənni Elariz Məmmədoğlu deyib. O, bəzi həmkarlarının əcnəbi rejissorların  çəkdiyi kliplə  gündəmdə qaldıqlarını söyləyib: " Mən  yerli rejissorlarla işləyirəm. Ən son  klipimi də öz  rejissorumuz çəkib. Əminliklə deyə bilərəm ki, bizdə bəs qədər peşəkar rejissor var, onlar əcnəbilərdən  heç də geri qalmırlar. Əcnəbi rejissorlarla işbirliyi quranlar yalnız özlərini reklam edir ", - deyə müğənni əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31