Səfurə Əlizadənin atası danışdı
"Özü 3 günə gələcək və bu barədə açıqlama verəcək”
26 Fevral 2013 18:57 MədəniyyətAzərbaycanın "Eurovision 2010" təmsilçisi Səfurə Əlizadənin adına açılmış "Facebook" profilində yazılan "Gərək mən də Aygün kimi soyunum. Yoxsa başqa cür qabağa getmək mümkün deyil!" statusu marağa səbəb olub. Müğənni xaricdə olduğundan məsələ ilə bağlı S.Əlizadənin atası Səlim bəy "Qafqazinfo"ya açıqlama verib:
"Səfurənin "Facebook"da bir rəsmi səhifəsi var. O, dünyasında elə söz yazmaz. Kimdirsə onun adından belə bir səhifə açıb və bu sözləri yazıb. Boş şeydir, Səfurə heç vaxt kiməsə söz atmaz. Özü 3 günə gələcək və bu barədə açıqlama verəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31