Turizm Filmləri Festivalı nə vaxt başlanacaq?
26 Fevral 2013 15:38 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin payızında Bakıda I Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu sənət yarışması "Mədəni turizm", "Təbiət turizmi və ekoturizm", "Dəniz turizmi və su əyləncələri", "Kommersiya turizmi", "Ekspedisiya və səyahətlər" və "İdman turizmi" mövzularını əhatə edəcək.
Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək filmlərin avqustun 15-dək təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, artıq festivalın rəsmi internet www.bitff.az saytı da ictimaiyyətə təqdim olunub. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31