Mənsum İbrahimov Avstriya səfərindən danışdı

Avstriyada iki günlük konsert verən xalq artsiti Mənsum İbrahimov tədbirlə bağlı təəssüratlarını "OLAYLAR"a danışdı: "Fevralın 22-si və 24-də Avstriyanın paytaxtı Vyanada möhtəşəm konsertimiz oldu. Birinci konsertimiz 450 nəfərlik səhnədə, digəri isə Azərbaycanın bu ölkədəki səfirliyində təşkil olunmuşdu. Tədbirin sonunu həmişəki kimi "Qarabağ şikəstəsi" ilə bitirdik. Avstriya mətbuatı, Türkiyənin TRT Türk televiziyası da bu tədbiri geniş işıqlandırdı. Möhtəşəm konsertdə tələbəm Arzu Əliyeva ilə eyni səhnəni bölüşdük. Konserdtə məni musiqiçilərimiz Elçin Həşimov, Elnur Əhmədov, Kamran Kərimov, Coşqun Sadıqov müşayiət edib". İkinci tədbirin Xocalı faciəsinə həsr olunduğunu qeyd edən Mənsum İbrahimov bu haqda ətraflı danışıb: "Ayın 24-də keçirilən konsertimiz Xocalıya həsr edilmişdi. Bundan başqa, fevralın 23-də səfirlik tərəfindən Vyananın mərkəzində keçirilən Xocalı aksiyası üçün böyük çadır da qurulmuşdu. Səhərdən axşamadək davam edən aksiyada iştirak edən türklər Azərbaycana dəstəklərini nümayiş etdiriblər". Avstriyaya səfəri çərçivəsində sentyabrda yenidən həmin ölkədə konsert vermək üçün təklif aldığını deyən ifaçı Novruz bayramı ərəfəsində Macarıstana səfər edəcəyini söyləyib: "Novruz bayramı ərəfəsində "Qarabağ" muğam qrupu ilə Macarıstanda beş günlük konsertimiz olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31