Azərbaycanlı iş adamı müğənni xanımı ilə xeyriyyə aksiyasına qatılıb
26 Fevral 2013 12:36 MədəniyyətTürkiyənin məşhur müğənnisi Ebru Gündeş azərbaycanlı həyat yoldaşı Rza Zərrab ilə onurğa xəstələrinə 100 ədəd yeni texnologiya ilə hazırlanan araba hədiyyə edib.
"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 3 mindən artıq onurğa xəstəsi olan ölkədə keçirilən aksiya zamanı Ebru Gündeş və həyat yoldaşı ən çox araba hədiyyə edən cütlük olub. Məşhurlar atdıqları bu addımın gizli qalmasını istəsələr də Türkiyə Onurğa Xəstələri Dərnəyinin rəhbəri Ramazan Baş bu xəbəri yayıb: "Bir əlin verdiyini o biri əl bilməməlidir. Bu düzdür. Lakin bir əlin verdiyini o biri əllər alqışlamalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31