Rövşən Civişov: “Bizimkilər yaxşıca yeyib-içib, qarın çıxarırlar”

."Bu gün Azərbaycanda şou-biznesin durumu heç də ürəkaçan deyil. Bizdə sağlam rəqabət yoxdur. Hər kəs bir-birini yıxmağa, baltalamağa çalışır. Özləri yerlərində saymaqla məşğul olduqlarından kimsə irəli çıxan kimi ona əngəl olmağa çalışırlar. Sənətdə dostluq elədiyim elə şəxslər var ki, mənim uğurlarımı görüb paxıllığımı çəkirlər. Türkiyədə sağlam rəqabət var. Buna görə, gələcəkdə Azərbaycanı tərk edib bu ölkənin şou-biznesinə qatılmağı düşünürəm". Bu sözləri "OLAYLAR"a açıqlamasında məşhur müğənni Rövşən Civişov deyib. Yerli şou əhlini bəyənmədiyini deyən ifaçı müğənnilərin boş-boş işlərlə məşğul olduğunu söyləyir: "Bizimkilər yaxşıca yeyib-içib, qarın çıxarırlar. İşləri kiminsə qeybətini etməkdir. Fəaliyyətlərində də yaradıcılıqdan heç bir əsər-əlamət yoxdur. Ancaq toyda oxumaqla 5-10 qəpik qazana bilərlər. Bizdə sağlam yox, qeyri-sağlam rəqabət var. Fərq etməz, qadın müğənni kişiyə, kişi müğənni də qadın ifaçıya paxıllıq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31