Azərbaycanın xalq artistinin səhhətindən xəbər var
25 Fevral 2013 17:22 MədəniyyətXalq artisti Fuad Poladov xəstəxanadan evə buraxılıb. Hazırda özünü yaxşı hiss etdiyini deyən xalq artisti səhhəti ilə bağlı Publika.Az-a danışıb.
"Böyrəyimdə olan daşlardan əziyyət çəkirdim. Axırıncı dəfə ağrılardan necə şoka düşdümsə, dərhal xəstəxanaya yerləşdirildim. Həkimlər əməliyyat olunacağımı demişdilər, amma indi hər şey yaxşıdır. Müalicə olundum və əməliyyata ehtiyac qalmadı".
Onu da öyrəndik ki, aktyor hazırda teatrda - iş başındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31