Arif Quliyev: “Bizim bu gün davamçılarımız yoxdur”
25 Fevral 2013 17:02 MədəniyyətSatira teatrının bədii rəhbəri olduğum üçün tamaşalarla əlaqədar müxtəlif rayonlara yollanıb, xalqla ünsiyyətdə oluruq. Hazırda bir neçə bölümdən ibarət olan, yumoristik "Alış və Malışın sərgüzəştləri" tamaşası üzərində işləyirik. Bu tamaşada Naibə Əlibəyova, Firuz Xudaverdiyev, Əli Lökbatanlı, Müşviq Məmmədov və mən rol alacağam. Bu kiçik kollektivimizlə çalışırıq ki, xalqı sevindirək, onların üzündən gülüşü əskik etməyək". Bu sözləri "Olaylar"a açıqlamasında xalq artisti Arif Quliyev deyib. Xalq artisti daha sonra bugünki aktyorların fəaliyyətini də qiymətləndirib: "Bu gün Rafael və Coşqun, Müşviq, Fərda, Elməddin, Tahir və Cabir İmanov qardaşları kimi istedadlı aktyorlarımız çoxdu. Bu çox sevindirici haldı. Lakin yeni yumoristik ssenari yazan ssenaristlərə çox ehtiyac var. Bizim bu gün davamçılarımız yoxdur. Biz fədaiyik. Teatrda qazanc az olsa da öz işimizi böyük məmuniyyətlə görürük".