Azərbaycan kulinariyasından bəhs edən kitab Parisdə 1-ci oldu

Parisdə Karusel de Luvr zalında kulinariyaya dair nəşrlərin sərgisi keçirilib. Dünyanın 65 ölkəsinin nəşriyyatları tərəfindən buraxılan kulinariyaya dair kitablar nümayiş etdirilən sərgidə, 10 ölkənin yeməklərinin təqdimatı olub.
Azərbaycan kulinariyasını təbliğ edən Stal Xankişiyevin bir neçə kitabı sərgidə yer alıb.
S. Xankişiyevin Azərbaycan kulinariyasından bəhs edən kitabı nəfis şəkildə tərtibatına və məzmununa görə sərginin münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb və xüsusi diplomla təltif edilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31