Ramal Rəsul: “Bildiyim hər işlə məşğulam”

."Yeni serialın çəkilişlərinə başlamışıq. Bəstəkar Tural Bakuvi və mən bu serialın ssenari müəllifləriyik. Bir qızın acı həyatından bəhs edəcək ekran əsərinin rejissoru Anar Məmmədəliyevdir. Aranjeman və ifalar isə mənə aid olacaq". Bu sözləri "OLAYLAR"a açıqlamasında müğənni Ramal Rəsul deyib. "Bildiyim hər işlə məşğulam" deyən ifaçı serial çəkilişlərinin müğənnilik fəaliyyətini geridə qoymayacağını söyləyib. Ramal daha sonra ölkəmizdə çəkilən serialların durumu haqda fikirlərini bölüşüb: "Bu gün Azərbaycanda çəkilən serialları bəyənirəm. Hər şey ürəkaçan olmasa da bu sahədə böyük uğurlar olacağına inanıram". Serialın adı, neçə bölümdən ibarət olacağını sirr saxlayan Ramal ifaçılıq fəaliyyəti haqda da danışıb: "Hazırda sözləri və musiqisi Tural Bakuviyə, aranjemanı özümə aid  "Tənha gecələr", "Yaxın uzalqlıq" adlı yeni mahnılar üzərində işləyirəm. Sonuncu qeyd etdiyim ifa "Sonun Başlanğıcı" serialında da səslənəcək. Bundan başqa Flora Kərimova ilə ifa etdiyimiz "Bağışla" adlı mahnıya klip də çəkdirməyi düşünürük". Müğənni yeni albomuna daxil olacaq mahnıların "Sonun  Başlanğıcı" serialında səslənən ifalardan, klassik, retro və xalq mahnılarından ibarət olacağını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31