Rövşən Civişov Beren Saatla Türkiyədə seriala çəkiləcək
25 Fevral 2013 14:09 MədəniyyətTürkiyənin Panafilm şirkəti tərəfindən serialda çəkilmək təklifi almışam. Həmin şirkətin üzvləri mənim Facebook-da yayılan şəkillərimi bəyənərək seriala dəvət ediblər. Aprel ayında çəkilişlər üçün ora yollanacam. Türkiyə və İsrail arasındakı münasibətlərdən bəhs edən serial müharibə mövzusunda olacaq. Məni kəşfiyyatçı jurnalist obrazını canlandıracağam. Serialda mənimlə yanaşı məşhur aktrisa Beren Saat da rol alacaq".
Bu haqda məlumatı "OLAYLAR" İA-ya verdiyi açıqlmada müğənni Rövşən Civişov deyib. Türkiyə şou-biznesinə qatılmağa hazırlaşan ifaçı bu ölkənin məşhur qadın ifaçılarından biri ilə duet oxuyaraq, həmin mahnıya klip də çəkdirəcək. Tərəf müqabilinin adını açıqlamayan ifaçı bunun səbəbini belə izah edib: "Ad açıqlamaq istəmirəm. Mahnının, ya hansısa bir layihənin adını açıqlayanda hər şeyi söz edirlər. "Özün bilərsən" adlı mahnının bəstəkarı Yaqut xanımdır".
Yeni ifa olunacaq duetin aranjemanının Türkiyədə olacağını deyən müğənni bu haqda belə danışıb: "Apreldə təqdim olunacaq mahının aranjemanı Türkiyədə olacaq. Bu ölkədə bizim aranjemanları bəyənmirlər. Həmin xanımla dəvət aldığım proqramlarda iştirak edərək, repertuarıma daxil olan digər mahnıları da ifa edəcəyəm".