Azərbaycanlı aktrisa dəhşətli xəstəliyindən danışdı

Əməkdar artist Kübra Əliyeva bir ildən çoxdur ki, dəhşətli xərçəng xəstəliyindən əziyyət çəkir və bu xəstəlik onu tanınmaz hala salıb. Bununla bağlı Press24.az onunla əlaqə saxlayıb. 
Aktrisa verdiyi açıqlamasında bildirdi: "Yayılan xəbərlər doğrudur. Xəstəliklə bağlı son bir ildə 2 ağır əməliyyat keçirmişəm. Öz həkimlərimizə güvənmişəm. Respublika Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşam. Mərkəzin direktoru Cəmil Əliyev başda olmaqla, mənim müalicəmdə iştirak edən həkimlər - Mamuka Məmmədova, Şəmsəddin həkimə, doktor Elçinə, mərhum müğənnimiz Nərminə Məmmədovanın qızı Sevinc Qiyasbəyliyə sonsuz təşəkkürlərimi bildirirəm. Qeyd edim ki, mən döş xərçəngindən əziyyət çəkirdim və əməliyyatdan sonra mənim döşlərimin ikisini də amputasiya ediblər. Saçlarım da tamamən tökülüb. Bu kimya terapiyasının fəsadlarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31