Bu aktrisa Oskar alanda yıxıldı VIDEO

Oskar mükafatının təqdimatı zamanı aktrisa səhnədə yıxılıb. "Qafqazinfo" xəbər verir ki, məşhur aktrisa Cennifer Lourens də Oskar mükafatına layiq görülüb. "Ən yaxşı aktrisa" nominasiyasında fərqlənən Lourens "Mənim sevgilim dəlidir" filmindəki roluna bu mükafatı qazana bilib.
Aktrisa aparıcının dilindən adını eşidərkən çox həyəcanlanıb və o səhnəyə çıxarkən yıxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31