Rusiya “Eurovision” mahnısını seçdi
Dina Qaripova “What if…” mahnısını ifa edəcək
25 Fevral 2013 09:21 MədəniyyətRusiyanı "Eurovision-2013" mahnı müsabiqəsində "Birinci kanal"ın "Qolos" layihəsinin qalibi Dina Qaripova "What if..." mahnısı ilə təmsil edəcək. ANS PRESS-in məlumatına görə, mahnı ötən axşam "Voskremnoe vremya" proqramında ilk dəfə nümayiş etdirilib.Kompozisiyanın müəllifləri isveçli bəstəkarlar Qabriel Alares, Yoakim Bornberq və rusiyalı gitaraçı Leonid Qutkindir."Eurovision-2013" mahnı müsabiqəsi mayın 14-dən 18-inədək İsveçdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31