Əkrəm Əylisli: "Məni bağışlayın..."

Yazıçı mətbuata açıqlama vermək istəmir

"Los Angeles Times"da Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə bağlı nəşrin Moskva müxbiri Sergey Loykonun xüsusi reportajı dərc edilib. ANS PRESS-in məlumatına görə, məqalədə ən diqqət çəkən məqam keçmiş xalq yazıçısının səsləndirdiyi fikirlər olub: "Mən özümü Stalin represiyalarının qurbanı kimi hiss edirəm və açığı küçəyə çıxmağa qorxuram".

Bakuinfo.az-ın əməkdaşı sözügedən məqalə ilə bağlı yazıçı ilə əlaqə saxlayıb. Ancaq Əylisli bu haqda danışmaqdan imtina edib: "Məni bu günahıma görə bağışlayın. Amma bu haqda danışmaq istəmirəm".

Xeyli vaxtdır yerli mətbuata danışmağı dayandıran qalmaqallı "Daş yuxular" əsərinin müəllifi Əkrəm Əylisli bir daha yerli mətbuata açıqlama verməyəcəyini vurğulayıb. O qeyd edib ki, bundan sonra əgər kimsə onun adından nələrsə yazarsa, qanun-qaydaları pozmuş olacaq: "Çünki mən artıq 10 gündən çoxdur ki, yerli mətbuata açıqlama vermirəm və heç bir fikir bildirmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31