Tural Bakuvi yeni serialın ssenari müəlliflərindəndir

"Hazırda bir neçə yeni layihə üzərində işləyirəm. Yaxın günlərdə musiqisi və sözləri mənə aid olan, Xalq artisti Flora Kərimovanın ifasında "Beşinci Fəsil" işıq üzü görəcək. Müğənni mahnı haqda danışarkən də qeyd etmişdir ki, bu cür bəstələr  çox nadir hallarda yazılır. Qeyd etdiyim bəstənin royal müşaiyəti ilə sinxron səsyazması da olacaq. Belə cür riskli və peşəkar səsyazma prosesləri günümüzdə demək olar ki, edilmir. Mahnı işıq üzü gördükdən sonra Flora xanımla daha iki yeni bəstə üzərində də işləyəcəyik". Bu sözləri "OLAYLAR"a açıqlamasında bəstəkar Tural Bakuvi deyib. Tural Bakuvi daha sonra digər yenilikləri haqda da  məlumat verib: " İki instrumental  kompozisiya üzərində işləyirəm."Şərq" kompozisiyasının orkestr heyəti canlı alətlərdən ibarətdir. Filarmoniyanın keçmiş direktoru, qocaman cazmen Rafiq Seyidzadə ilə yaxın günlərdə yeni instrumental kompozisiyamız işıq üzü görəcək. "Bayatı-şiraz" muğamı üzərində hazırladığım kompozisiyanın saksafon ifası Rafiq Seyidzadəyə, gitara ifası və aranjimanı Ramal Rəsula aiddir. Bundan başqa, Ramal Rəsul, Ramal İsrafilov, Elçin Hüseynov, Günay İbrahimli, Rövşən Civişov və bir çox müğənnilərlə yeni mahnılar üzərinde işləyirəm". Bəstəkar daha sonra "Sonun Başlanğıcı" serialında səslənən bəstələri haqda danışaraq yeni serial çəkilişlərində də onun mahnılarına müraciət ediləcəyini vurğulayıb: "Sonun Başlanğıcı" teleserialı ilə işbirliyinə başlayıram. Mən sıx əlaqə saxladığım Ramal Rəsul da həmin serialda Hüseyn rolunda çəkilir. Sözləri və musiqisi mənə aid, Ramalın ifasında "Tənha gecələr" adlı mahnı serialda səslənəcək. Adını hələ ki, qeyd etmək istəmədiyim, rejissoru Anar Məmmədəliyev olan digər serialın həm musiqi, həm də ssenari müəlliflərindən biriyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31