Türk serialının çəkilişləri dayandırıldı

Türkiyədəki Süreç Film studiyası rejissor Gani Müjdenin "İstanbulun kızları" serialını çəkməyə başlamışdı. Milli.Az AHT-yə istinadən bildirir ki, baş rolda aktrisa Sinem Kobalın oynayacağı serial İstanbula oxumaq üçün gələn və bir mənzildə yaşayan 3 qızdan bəhs edir. Lakin rəfiqələr dərs oxumaq əvəzinə, varlı ər "ov"una çıxırlar.
 Bu gün isə serialın çəkilişlərinin dayandırıldığı bildirilir. Studiyadan verilən açıqlamaya görə, "İstanbulun kızları" serialında qızların macəralarının tamaşaçıların narazılığına səbəb olacağı güman edilib.
Bundan başqa, İstanbulun "Atletiko" (Madrid) klubunun türk oyunçusu Arda Turanın nişanlısı Sinem Kobal toya hazırlaşdığı üçün serialda oynamaqda çox maraqlı deyilmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31