Dj-lər arasında qalmaqal səngimir
Onlar söz polemikasını davam etdirir
22 Fevral 2013 12:03 MədəniyyətBir müddət öncə DJ Roşkanın atmacalarına DJ Çina cavab verdi."Super kimdir?" verilişi vasitəsi ilə müdafiəyə çıxan DJ Çina bunları deyib:"O DJ-lər ki deyir, mən başqa ölkələrin DJ festivallarında yer tutmuşam, qoy əvvəlcə Azərbaycanda bir yer tutsunlar, sonra başqa ölkələrə əl atsınlar. Əsas populyar olmaq deyil, əsas xalqın sevgisini qazanmaqdır. Mən fəxr edirəm ki, mənim paxıllığımı çəkən DJ-lər var. Deməli, mən varam! DJ-lərin ilk yüzlüyündə mənim adım varsa, deməli, mən nəyəsə nail olmuşam!" - deyə, Çingiz Mustafayev od püskürdü.
DJ Çina ünvanına daş atan DJ Roşkanın isə yıxıb sürüdü:
"Mən belə bir DJ tanımıram" -deyə, iddia etdi.
DJ Roşka isə davasından əl çəkmədi:
"Əgər məni tanımırsa, deməli, toylardan başı açılmır. Başı açılsa, tanıyar. Mənimlə də bir neçə dəfə görüşüb və deməli, məni yaxşı tanıyır".
DJ Roşka tezliklə 8 trekdən ibarət albom buraxacağını da bildirdi.