Almaz Ələsgərlinin gənc oğlanla şəkilləri yayıldı

Əməkdar artisti bu gənclə nə bağlayır?

Əməkdar artist Almaz Ələsgərlinin gənc oğlanla şəkilləri yayıldı. Hər kəs bu şəkilə bir məna verdi, amma əsl həqiqəti həmin gənc danışdı. Sən demə, bu gənc - müğənni Ramal Əsədzadədir. O özünü Almaz Ələsgərlinin şagirdi və davamçısı kimi təqdim etdi: Lider TV-də yenicə açılmış "Almazlı dəqiqələr" verilişinin müəllifi və aparıcısı Almaz xanımdır. Veriliş boyu canlı ifalar təqdim olunur ki, bu işdə mən də Almaz xanıma yardımçı oluram".

Gənc müğənni Almaz Ələsgərova ilə duetlərindən də danışdı: "Veriliş bizim ilk iş birliyimiz deyil. Bundan öncə biz Almaz xanımla "Azərbaycan" adlı vətənpərvər ruhlu mahnını duet şəklində ifa etmişik. O, mənim muzamdır və başqa söhbət ola da bilməz" - deyə, Ramal Əsədzadə yayılan şəkilə münasibət bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31