“Bu şəhərdə” 8 Marta “Əriştə” hazırlayır

Hər zaman üzlərdə  gülüş yaradan "Bu Şəhərdə" bu dəfə də qadınları "Əriştə"yə qonaq edəcək.Bu şəhərdə"nin ssenari müəllifi Müşfiq Abbasov yeni konsert və planları haqda "OLAYLAR"a danışıb: "Martın 1-dən 10-dək Heydər Əliyev adına Respublika Sarayında "Əriştə" adlı möhtəşəm konsertimiz olacaq. Ötən konsertidən fərqli olaraq bu il tamaşaçıların çox sevdikləri "Toy" da ssenarilər sırasında yer alacaq. Səhnələşdirilən ssenarilərdə polis, müəllim, ailə-məişət problemi, restoranda görüş kimi maraqlı mövzulara toxunmuşuq. Ümidvarıq ki, tamaşaçılar da bizdən razı qalar". Müşfiq Abbasov daha sonra film çəkilişləri haqda düşündüklərini deyib: "Konsertdən sonra film çəkilişləri haqda düşünəcəyik. Hələ ki, bu haqda dəqiq qərara gəlməmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31