Muğam Amerikanı riqqətə gətirdi
21 Fevral 2013 16:55 MədəniyyətAzərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə Berkli Universitetinin musiqi fakültəsində muğam konserti keçirilib. Baş konsulluqdan Mədəniyyət və Turizm Nazirliyinə verilən məlumata görə, İmamyar Həsənov, Rüfət Həsənov və Elşən Qasımovun ifa etdikləri "Çahargah", Bayatı Şiraz", "Mahur", "Şur", "Şahnaz", "Segah" və digər Azərbaycan muğamları tamaşaçıları riqqətə gətirərib.
Konsertdə Berkli Universitetinin professor və tələbə heyəti, bir sıra qonşu universitetlərdə çalışan musiqişünaslar və peşəkar musiqiçilər iştirak ediblər. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31