Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi
21 Fevral 2013 16:28 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 22 fevral tarixində "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda konfrans keçiriləcək. Nazirliyin məlumatına görə, iki hissədən ibarət olacaq tədbirin ilk hissəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Elçin Əfəndiyevin, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin və digər rəsmilərin çıxışları olacaq. Tədbirin sonunda konfransın Qətnaməsinin qəbul olunması gözlənilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31