Aygün Kazımovanın başı işə qarışıb

Son zamanlar şou əhlinin bir qismi Aygün Kazımovanı özünü "Hürrəm Sultan" adlandırması ilə barışa bilmirlər.  Xalq artistinin mətbuat katibi, tanınmış jurnalist Şahin Cavadsoy "Olaylar"a verdiyi açıqlamada məsələyə münasibətini belə bildirib: "Aygün xanım hazırda "Hollivud" layihəsi üzərində işlədiyindən ona qarşı söylənilən bu cür fikirlərə də heç bir münasibət bildirmir. Müğənni amerikalı reper Snup Doqla ingilis dilində bir mahnı oxuyacaq. Türkiyənin "Dokkuzsekiz Müzik" şirkəti ilə işbirliyi quran Aygün həmin mahnıya klip də çəkdirəcək. Bu il "Aygün Kazımova ili" olacaq".
Qeyd edək ki, Aygün Kazımova gələn ayın sonlarında "Hollivud" layihəsini gerçəkləşdirmək üçün  Amerikaya yollanacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31