“Azərbaycan ailəsi” filmlər festivalı başlayıb

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Azərbaycan ailəsi" adlı filmlər festivalına start verib. Komitənin məlumatına görə,  artıq ənənə halını alan festivala 4 il ərzində 108 film təqdim olunub. Festivalın əsas məqsədi ailə institutunun mökəmləndirilməsi, ictimaiyyətin diqqət və səylərinin ailənin cəmiyyətdəki nüfuzunun daha da yüksəldilməsinə yönəldilməsi, gənclər arasında maarifləndirmə işlərinin aparılmasıdır. Qeyd edək ki, dörd ay davam edəcək "Azərbaycan ailəsi" filmlər festivalının 5 illik yubiley mərasimi may ayında keçiriləcək.

Festival Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində həyata keçirilir. ("OLAYLAR"İA)

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31